Aprelin 6-da Parisin Sorbon Universitetinin böyük amfiteatrında Qurban
Səidin “Əli və Nino” əsərinin motivləri əsasında hazırlanmış musiqili
tamaşa oynanılacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tamaşanın
bədii rəhbəri Parisdə musiqi təhsili alan Səidə Zülfüqarovadır.
Tamaşada rus və fransız aktyorlarla yanaşı, gürcülərin “Lazi” və
Azərbaycan Fransa Gənclər Assosiasiyasının rəqs ansamblının üzvləri
iştirak edəcəklər.
Tamaşa zamanı bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov,
Vaqif Mustafazadə, Cövdət Hacıyev, Arzu Rzayev, Fritz Kreislerin
əsərləri ilə yanaşı Azərbaycan və gürcü rəqs havaları da
səsləndiriləcək.