Qoç - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə
təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin
vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir
verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.
Günün ikinci yarısında tanışlardan biri ilə dil tapmaq çətinləşəcək. Sizə müraciət edərək yardım istəyənlər olacaq.
Axşam saatlarını sakit istirahətə, xoş məşğuliyyətə həsr edin.
Buğa
- nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq,
bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ
yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv
çalışmağınızdır.
Günün ikinci yarısı intellektual fəaliyyət, mürəkkəb məsələlərin həlli üçün münasibdir.
Nüfuzlu insanla görüş pis keçməyəcək. Maraqlı təklif ala bilərsiniz.
Əkizlər
- qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, maraqlıdır. Onları həll
edəndə faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail
olacaqsınız. Seminar və ya konfransa varsa, qatılın. İdeyalarınız
çoxlarını maraqlandıra bilər.
Günün ikinci yarısında iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz.
Axşam
saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana
bilər. İmiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı
zamandır.
Xərçəng -
yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman
deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə
durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış
ideyalarla baş-başa qala bilərsiniz. Tərəfdaş və ya həmkarlardan biri
yalançı çıxacaq, vədinə əməl etməyəcək.
Günün ikinci
yarısında yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı
hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa
çalışmayın.
Şir - kölgəyə
çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin
mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın.
Rutin, adi işlərlə məşğul olun.
Günün ikinci yarısı sizdən
peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq
tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və
səliqəli olun.
Gəlirlər istisna deyil. Son vaxtlar sizi
narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul
xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın.
Qız -
asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə
daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi
yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin.
Romantik
təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi
sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar
olacaq.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi
- heç bir səbəb və zərurət olmadan problemlər yaratmayın. Yeni
layihələrə ehtiyatla başlayın. Köhnə müttəfiqlərin sizi dəstəkləməyə
hazır olduqlarını biləndən sonra işi aktivləşdirin. Kiçik xərclər
istisna deyil.
Günün ikinci yarısında maliyyə problemləri yarana bilər. Narahat olmayın, çətinlikləri dəf edəcəksiniz.
Özünüzə
diqqəti cəlb etmək istəyirsinizsə, orijinal addımlar atın. Ekstravaqant
davranışda ifrata varmayın, fəsadları və nəticələri düşünün. Əks
təqdirdə sonradan təəssüflənə, peşman ola bilərsiniz.
Əqrəb
- inadla çalışın. Bir qədər əvvəl başladığınız, amma müəyyən
səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola
bilərsiniz. Əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf etiməyin.
Yorğunluq hiss etsəniz belə, irəliəyin.
Günün ikinci
yarısında məqsəd və hədəfləri konkretləşdirin. Söhbətlər xoş olsa da,
mənasızdır. Vaxtınızı məhsuldar keçirmək istəyirsinizsə, sabahkı işlərin
siyahısını hazırlayın. Ən xırda məsələlərdə belə, plana riayət edin.
Oxatan
- tələskənliyə yol verməyin, vurnuxmaya qatılmayın. Başladığınız işləri
yarımçıq qoymayın. Bütün çətinliklər və problemlərə rəğmən onları
bitirin. Planlaşdırılmış alış-verişlə kifayətlənin. Spontan xərclərə yol
verməyin. Gəlirlər çox olsa da, bədxərc olmayın.
Günün ikinci yarısı köç və köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün pis deyil.
Yaradıcılıq
potensialının səviyyəsi yüksək olmalıdır. Çevik, aktiv olun.
Təxəyyüldən bəhrələnməyə imkan verən işlərlə məşğul olun. Axşam
saatlarını sevdiyiniz insanla keçirin.
Oğlaq
- ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətsiz
müttəfiq ola bilərsiniz. Çətin xasiyyəti olan, tərəfdaşları uzun
müddətdə və ciddi seçən insanlarla münasibətləri normallaşdırın. Bilik
və bacarıqlarınızı artırın.
Məhsuldar çalışın.
Günün ikinci yarısında səfərlər pis alınmayacaq. Sərfəli anlaşmalara nail olmaq, alış-verişdə orijinal əşyalar almaq olar.
Axşam saatlarında qəfil xərclər olacaq.
Dolça
- kiçik anlaşılmazlıqlar istisna deyil. Yaranan problemlər çoxdan bəri
həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa mane olacaq.
Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın.
İşdə rəhbərliklə fikir ayrılıqları yaranacaq. İlk baxışdan mənasız məsələlər az sonra ciddiləşəcək.
Günün
ikinci yarısında ailə üzvləri ilə münasibətlərin harmonik olmasına
çalışın. Yaxınlarınızla dil tapın. Ev işləri, interyerin yenilənməsi,
kulinar eksperimentlər üçün yaxşı zamandır. Pəhriz saxlayırsınızsa,
tamahınızı üstələyin. İradəli olun.
Balıqlar
- yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə
başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz.
Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək
olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.
Günün ikinci yarısı yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir.
Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur.
Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.
Milli.Az