Bu gün bir neçə rayonda qaz olmayacaq
3.11.2014

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən verilən xəbərə görə, saat 13:00-dan 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14:00-dan 18:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudlaşma qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Gün.Az