Hansı bürclərə alver düşkünü deyərsiniz?
Kimi
alver dəlisidir, kimi də yalnız endirimləri izləyir. Kimi marka
məhsullardan başqa bir şey almazkən, kimi isə bazardan alver etməyə
bayılır!
Nəticədə
hamımızın ehtiyacları var, istəsək də istəməsək də alverə çıxmaq
məcburiyyətindəyik. Lakin bir-birimizdə fərqlənmdiyimiz nöqtə alverdə
sərgilədiyimiz tutumdur…
"Mən necəyəm görəsən?" deyənlər bürcünüzü oxumağa laqeyd yanaşmayın…
Qoç
"İstədiyimi aldım, digəri lütfən…"
Pulu
bu gün varsa, sabah yoxdur. Əlindəkinin qiymətini çox da bilməyən Qoç
bürcləri, pulun dəyərini də bilməz. Tələsikçi və həvəsli bir xarakterə
sahib olduqları üçün çox bəyəndikləri bir paltara, əşyaya dərhal o an
sahib olmaq istər. Əgər aradan zaman keçsə maraqları başqa şeylərə də
düşür onsuz da...
Onların
alver vərdişləri eynilə əlaqələri kimidir əslində. Meymun iştahlı
olduqları üçün min bir həvəslə aldıqları əşyanı, on gün sonra bir
baxarsınız küncə atmışlar… Lakin o on gün içində də hər gün istifadə
edərək zövq alarlar. Zövqləri də olduqca şişirdilmiş ola bilər. Rəngsiz
şeylər seçimləri olmadığı kimi, "papaq alım" deyə gedib, telefon da ala
bilərlər. Məsələn, o an nəyi bəyənirlərsə onu almaq istəmələridir
əsas...
Planlı alverə çıxmaları çox da işə yaramır, təəssüf ki,…
Buğa
"Tamam, bu mənə bəsdi daha…"
Hesablı - kitablı, planlı- proqramlı bir alver yoldaşı axtarırsınızsa buyurun, Buğa bürcləri burada…
Onlar
sabit xüsusiyyətlərə sahibdirlər, hələm-hələm bəyənməz və tərzləri
xaricinə çıxmazlar. Veneranın insanı olmaları onsuz da onları zövq
sahibi edər, lakin bir Tərəzi qədər alver dəlisi əsla deyildirlər.
Məntiq çərçivəsində, ehtiyacı olana istiqamətli alver stilləri vardır.
Lakin aldıqları şey nə olursa olsun, keyfiyyətli və bahalı bir şey olar.
Aldığını uzun illər istifadə edə bilər, ona görə də keyfiyyətli
olmasına əhəmiyyət verər. Belə bir məhsula verdiyi pula əsla ağrımaz.
Ona - ən çox nəyə pul xərcləyirsən - deyə soruşsanız: - yemək - deyə
cavab verə bilər. Boğazlarına çox düşkün olan Buğa bürcləri mətbəx
alveri etməkdən, market - market gəzməkdən çox xoşlanar. Eyni şəkildə
evlərində də zövqlə döşədikləri yerin başında mətbəx gəlir…
Əkizlər
"A, bu da çox maraqlıymış tək…"
Tam
bir məkan dəlisi! Fərq etdinizsə alver dəlisi demirəm. Çünki onun işi
gücü alverə deyə çıxıb, mağaza - mağaza gəzməkdir. Vitrində bir şey
bəyənib içəri girər, sonra bir baxmısınız qaça - qaça qarşı mağazaya
gedir. Çünki orada marağını çəkən çox daha fərqli bir şey görüb. Dəyişən
fikirləri olsa da, bir şəkildə evə əli dolu gəlir. Lakin sizə
söylədiklərinin tam tərsini almış bir şəkildə… Kosmetik və texnoloji
məhsullar hər vaxt favoritləridir. Ayrıca internet üzərindən alver
etməyə də huşunu itirərlər. Texnologiyanın nemətlərindən faydalanmaqda
üstlərinə gələn yoxdur. E, nə də olsa ünsiyyət planeti Merkurinin
insanı onlar…
Xərçəng
"Nostalji bir havası var əslində, ala bilərəm…"
Xərçənglərin
alver anlayışları bibi/hələ kəşf edilməmişdir. Zarafat bir tərəfə,
alverlə əlaqədar ən əsassız hərəkətlərə sahib bürclərin başında gəlir.
Bir baxmısınız "buna bu qədər pulmu verilər?" dediyiniz şeyi, o pat deyə
almışdır... Bir baxarsınız ehtiyacı olduğu halda alınması lazım olan
şeyi xəsislik edib almamış..... Xəsisdilərmi, əlləri açıqmı bilmək
olmur, iç duyğu dünyası kimi qarmaqarışıqdılar!
Ay
tərəfindən idarə olunmaq çətindir, düşüncələri davamlı bir-biriylə
qarşıdurma halındadır. Əslində onlar əksəriyyətlə zehinlərini boşaltmaq
üçün alverə çıxarlar. Zövqləri də dəyişikdir, hər kəsin bəyəndiyini
bəyənməz öz kombinlerini meydana gətirməkdən zövq alarlar.
Şir
"Bahalıdırsa, keyfiyyətlidir!"
Nə
qədər bahalı, o qədər möhkəm… Bəli, onların alver anlayışları bahalı
olan hər şeyi almaqdır. Alverə çıxanda əvvədən nə alacaqlarını planlar,
hətta yazarlar. Geyinib - keçinməyə da laqeyd yanaşmazlar. Alverə
hörmətləri böyükdür. Zarafat bir tərəfə saatlarla çöldə olacaqları üçün
gözəl görünmək istəyərlər. Siyahısındakı hər şeyi aldıqları kimi, ikinci
bir siyahını da orada edib mütləq hesabda olmayan şeylər də alarlar.
Əslində birinin onları dayandırması lazımdır!
Sönük
rənglərmi? Əsla! Parıltılar və daşlar, tam onlara görə… Kredit kartları
yanlarında deyilsə özlərini çılpaq kimi hiss edərlər. Borca girərək
alver edən bürclərin başında gəldiklərini söyləməmə çaşmazsınız
deyilmi?
Qız
"Gələn ay alaram, ya…"
Təxirə
salma, imtina etmə, fikir dəyişdirmə, çoxuna əl uzatmama… Bu sizə bir
Qız bürcünün alver hekayəsi! Yeni bir şey almaq onlara çətin gəlir,
köhnəsini çevirib - çevirib istifadə edərlər. Bazardan alver etmək
xoşlarına gələr, çünki həm növ çoxdur və hamısı eyni yerdədir. Çox
yerlər gəzmək məcburiyyətində qalmazlar. Həm də ucuzdur! Bəli, onlar
hesab - kitab insanı… Paltara, bahalı əşyalara çox pul xərcləmək
xoşlarına getmədiyi kimi gərək də duymazlar. Şkafı dolu olduğu halda
eyni paltarı davamlı geyə bilərlər. Onlar üçün həyatda lüksdən və
bəzənib -düzənməkdə n daha əhəmiyyətli şeylər vardır. Sadə və qəşəng
olmağı bacara bildikləri müddətcə daha çoxuna ehtiyac duymazlar.
Araşdırma etmədən, məhsulları bir-biriylə müqayisə etmədən alverə
çıxdıqları mümkünsüz...
Tərəzi
"Çətin tapdım səni, asan - asan itirməm!"
Bu
sözü sevgilisinə söyləyir zənn edirsinizsə, yanılırsınız. O
qərarsızlıqların insanı! Həm keyfiyyətli olsun, həm ona yaraşsın, həm
digər paltarlarıyla kombinləyə bilsin… Əslində onlar tam olaraq alver
dəlisi olaraq xarakterizə edilə bilərlər. Gözəlliklər planeti Venera
onların da geyimə düşkün olmasını təmin etmişdir. Ən gözəl geyinən və
geydiyini yaraşdıran bu bürclərlə alverə çıxma isə tam bir işgəncədir!
Həm saatlarla gəzərlər, həm də hər bəyəndiklərini sınayarlar. Pulmu? Çox
da əhəmiyyətli deyil, yetər ki, fikrindəki o geyimi tapa bilsin…
Əqrəb
"Mənə çox yaraşdı!"
Gəldim,
aldım, getdim… Əqrəb insanı dəqiqdir, neyə ehtiyacı olduğunu bilər və
bu şüurla alverə çıxar. Alver onlar üçün zövq deyil, lazımlılıqdır. Hər
dəqiqə mağaza gəzən, hər gördüyünü alan biri əsla ola bilməz. Onsuz da
pulunun hesabını da çox yaxşı bilər. Təcrübə edərək, pulunu daha böyük
şeylər almaq üçün (ev, avtomobil, torpaq, qızıl vs.) istifadə edər.
Xoşlarına gedən bir paltarı sınadıqdan sonra özlərinə yaraşdığını
düşündükləri anda (özlərini seksual hiss etdikləri zaman desəm daha
doğru olar) alarlar və onlar üçün bu alver bitmişdir. Normalda
endirimləri izləyən Əqrəblər üçün heç ağrımadan pul xərcləyəcəkləri
şeylər isə alt paltarları, losyonlar, bədən baxım məhsulları və
ətirlərdir…
Oxatan
"Ay bu qədər yetər, sıkıldımmmm"
Onlarla
saatlarla gəzəcəyinizimi sanırsınız? O zaman yanılırsınız. Gəzməkdən bu
qədər xoşlanan bir insanın alverdə zaman itirməkdən nifrət etməsi eyni
paralellikdə irəliləyər. Gəzərkən gözlərinə ilişən bir şey varsa, onu
almağı seçərlər.
Aldığı
kreslo, paltar, bilərzik, telefon vs. nə alırsa - alsın istifadəsi
rahat olsun yetər. Elə nümayiş düşkünü deyil, lakin bəyəndiyi şeyə də
bütün pulunu verə bilər. Onsuz daəlinə keçən pulu eynilə bu gün
xərcləyər. Təcrübə etməsi çox çətindir.
Oğlaq
"Nə gərək var?"
Boş
yerə alver etməkdən xoşlanmazlar. Alverə çıxmadan əvvəl lazımlı
olanların siyahısını tutarlar və sistematik bir şəkildə davranarlar.
Zaman onlar üçün qiymətlidir, eyni şəkildə pul da… Hələ ki, bir Oğlaq
bürcüylə alverə çıxıb ona fikir məsləhətləşsəniz yandınız. "Çoxmu
ehtiyacın var sanki, məncə ehtiyac yoxdur" deyərək mövzunu bağlama
xüsusiyyəti ilə sizi alverdən soyuda bilər. Zarafat bir tərəfə, onlar
büdcə mövzusunda həssasdırlar və lüks olana çox da yönəlməzlər. Təbii
ki, keyfiyyət əhəmiyyətlidir, lakin ən bahalısı deyil… Oğlaq bürcləri
üçün istifadə asanlığı olan məhsullar ön plandadır. Sistematik bir
şəkildə mağazalara girib, sürətlicə alacaqlarını alan və ətrafına huşsuz
deyil də ciddi bir şəkildə baxan birini görsəniz bilin Oğlaq
bürcüdür.
Dolça
"Burada da bir mağaza qalmış sanki…"
Kəşf
etmək, maraq, hər şeyi araşdırmaq! Dolça bürcləri gəzməyi, fərqli
yerləri kəşf etməyi sevərlər. Onların alver dəliliyi içində olduğunu
sanmayın, əslində endirimli günləri çox yaxşı bilərlər və buna görə
özlərini hazırlayarlar. Davamlı eyni yerdən alver etməkdənsə fərqli
mağazalara gedib, dəyişiklik etməyi sevərlər. Onsuz da onların tərzləri
də hər kəsdən fərqlidir… Nə də olsa Uranın üsyankar uşaqlarından bəhs
edirik, stil olaraq bizdən fərqli olmaq onların ən təbii haqqı deyilmi?
Texnologiyaya
da son dərəcə düşkün olduqları üçün ən son çıxan model telefon,
televiziya və s. əşyaları onun evində görmək mümkündür.
Balıqlar
"Çox yoruldum, tutun bu zamanı!"
Balıq
bürcləri alver əsnasında çox dağınıq və nizamsız bir stil təyin edərlər
özlərinə. Buna görə də həm özlərini gərəksiz yerə yorarlar, həm də
zamanı yetişdirə bilməzlər. Ehtiyacı olanı almanın xaricində hər şeyi
alıb evinə geri dönmək məcburiyyətində qalan neçə Balıq bürcü var, siz
bilirsinizmi? Kefli, kefli gəzişib yeməyini yeyər, çayını içər… Hətta
yoldaşlarıyla söhbət də edər bu əsnada. Sonra bir baxmış ki, axşam
olmuş və əlində yalnız "ay bunu da alım, nə olacaq ki, çox gözəldir"
dediyi paltarlar dayanır. Amma nəticə etibarilə onlar alver edə bilməyə
huşunu itirərlər və pul xərcləməkdən də çəkinməzlər.
XƏBƏRDARLIQ
Əsla birlikdə alverə çıxmaması lazım olan bürclər Şir və Tərəzilər!
İflas
bayrağını çəkmək istəmirsinizsə, özünüzə başqa bir alver yoldaşı tapın!
Bir-birinizi qaza gətirib, mağazada nə var nə yox almaqda tayınız yox!
İkiniz də altda qalmağı sevmədiyiniz üçün, əliniz davamlı bahalı olana
gedəcək. Kredit kartı hesabları gəlincə görərəm mən sizi!
Əsla birlikdə alverə çıxmaması lazım olan bürclər Qız və Oğlaqlar!
Saatlarla
gəzib də evə əli boş dönən bir cüt görsəniz bilin ki, Qlz və Oğlaq
bürcləridir! Qız davamlı fikir dəyişdirər, Oğlaq isə asan - asan
bəyənməz və "onsuz da çox da ehtiyacım yox" - deyərək əlinə aldığı
məhsulu geri buraxar. Qız deyinər, tənqid edər, alverdən sıxılar, Oğlaq
isə səbirlə gəzər...
Zamanınız yox və sürətlicə alverinizi etməyin məcburiyyətindəsinizsə, yanına almanıq lazım olan bürclər Qoç, Buğa və Oxatan!
Xüsusilə
Qoç və Oxatanla alverə çıxmaq olduqca əyləncəlidir. Onların enerjisi
nədənsə heç bitməz. Həm zarafatlarıyla havanızı dəyişdirərlər, həm də
marağınızı fərqli yerlərə çəkərək alverə çıxdığınızı sizə unutdurarlar.
Qərarsız qaldığınızda köməyinizə qaçacaq, "al bunu getsin, daha kinoya
da gedəcəyik!" deyərək əslində bir cür sizə amirlik edərlər. Buğa
bürcləri isə zövqlüdür, sizə fikir verəcək və məntiqli bir alver
etmənizi təmin edəcəklər. Prioritetlərinizin və bu an ehtiyacınız olanın
nə olduğunu sorğulayıb, yalnız buna istiqamətlənəcək. Onunla alverə
çıxarsanız, istədiyinizi alıb geri dönərsiniz. Çox dəqiq!
Alver əsnasında qaçıb getmənizə səbəb olacaq bürclər, Xərçəng və Balıqlar!
Bəzən
insanın səbri daşar, sinirdən nə deyəcəyini bilə bilməz ya… Budur,
Xərçəng və Balıq bürcüylə alverə çıxarsanız bunu çox dəqiq təcrübə
edərsiniz. Mıy mıy mıy hərəkətləri, yavaş olmaları, heç bir şeyi
bəyənməmələri, sizə tam olaraq nə axtardıqlarını izah edə bilməmələri,
davamlı fikir dəyişdirmələri, alver əsnasında istirahət edərkən davamlı
sevgililərindən və dərdlərindən bəhs etmələri… Daha saymamı
istərsinizmi? Buraxın onlar birlikdə ilişsinlər məncə… Bir-birlərinin
dilindən anlayacaqlarına əminim.