Varlıların sevdiyi şəhərlər (SİYAHI)
2.4.2012

Dünyanın ən varlı adamları dünyanın ən yaxşı şəhərlərini seçib. Dünyanın ən zəngin şəxsləri arasında aparılan araşdırmada “ən yaxşı həyat şəraiti olan şəhərlər” müəyyənləşdirilib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay siyahıda 10-cu pillədə qərarlaşıb. Dubay Yaxın Şərq və Şimali Afrika bölgəsindən siyahıya daxil edilən yeganə şəhər olub.

Araşdırma İngiltərənin “Knight Frank” və “City Private Bank” şirkətləri tərəfindən aparılıb. Varlılar üçün dünyanın ən yaxşı şəhərləri siyahısının birinci pilləsində London qərarlaşıb. Siyahıda Londondan sonra Sinqapur, Nyu-York, Cenevrə və Sidney kimi şəhərlər yer tutub.

Siyahıda həmçinin Hong-Konq, Paris, Vankuver, Mayami, Barselona, İspaniya kimi şəhərlərin adları var.