Azərbaycan – Norveç oyununun biletlər satışa çıxarılıb
3.11.2014

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Norveç oyununun biletləri satışa çıxarılıb.
AFFA-dan bildirilib ki, biletləri “Bakcell Arena”nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 (metronun “Sahil” stansiyasının yaxınlığı) ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür.
Biletlərin qiyməti 2, 4 və 20 manatdır.

AzərTAc