İsveçrədə dünyanın ən uzun tuneli tikilib
3.11.2014

İsveçrədə Alp dağlarının altından keçən Qotard tunelində dəmiryol relslərinin qurulması prosesi başa çatmışdır.
Sen–Qoptard ərazisində tikilən 57 kilometrlik tunel dünyanın ən uzun tunelidir.
Əfsanəvi Alp dağlarının altından çəklən tunelin tikintisinə 1993-cü ildən başlanılmışdır. İnşaat işlərində 2500-dək fəhlə və mühəndis iştirak etmişdir.
Layihənin özünə isə təqribən 7,4 milyard avro xərclənmişdir. İndiyədək tunelin əsas işləri başa çatmışdır. Onun qaydaya salınması, təmiri, burada zəruri avadanlığın quraşdırılması və kommunikasiyaların çəkilməsinə daha 2 il vaxt tələb olunur.
Tunelin buraxılış qabiliyyəti gündə 200-250 qatardır.

AzərTAc