Azərbaycan Dövlət Pantomima Teatrının noyabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Noyabrın 8-də Ceyhun Dadaşovun “Mən və Mən”, 9-da və 16-da Səbinə Hacıyevanın “Dejavü”, 15-də Çingiz Aytmatovun əsəri əsasında hazırlanmış “Manqurt” tamasaları nümayiş olunacaq.
Teatrın kollektivi noyabrın 22-də Bəhruz Əhmədlinin “Ora-bura”, 23-də Bəxtiyar Xanızadənin “Pantomima buketi” tamaşalarını təqdim edəcək. Ayın 29-30-da isə tamaşaçılar B.Əhmədlinin “Son ştrix” tamaşasına baxa bilərlər.
Pantomima Teatrının kollektivi həmişə olduğu kimi, noyabr ayında da balaca tamaşaçılarını unutmayıb. Uşaqlar üçün noyabrın 16-da Abdulla Şaiqin “Tıq-Tıq”, 23-də isə Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərləri əsasında hazırlanmış tamaşalar təqdim olunacaq.
AzərTAc