Noyabrın 6-dan 8-dək Türkiyənin Ankara şəhərində “Vilayət nizamnaməsinin 150-ci il dönümü” Beynəlxalq elmi simpozium keçiriləcək. Ölkəmizi beynəlxalq tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov təmsil edəcək.
İnstitutdan bildiriblər ki, simpoziumda şərqşünas alim “XIX əsrlərdə Osmanlı dövlətində həyata keçirilən dövlət islahatları ilə bağlı Azərbaycanda aparılan araşdırmalar” mövzusunda məruzə ilə çıxış edəcək.
AzərTAc