Qoç - səbrli olun, təmkinli davranın. Çoxdan
gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli
qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə
maraqlanın.
Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın.
Yeni
tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni münasibətilərdə romantika
aramayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Buğa
- yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi
aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında həssas
olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq
istəyənlər var.
Günün ikinci yarısında maliyyə və pul
məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət
aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam
saatları maraqlı keçəcək.
Əkizlər
- rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin.
Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam
kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma
endirin.
Mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin.
Günün ikinci yarısında işdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur.
İstənilən
yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin.
Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar
məsləhətlərinizə qulaq asacaqlar.
Xərçəng
- əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb
olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar
əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar
yaradacaq.
Günün ikinci yarısında adi günlərdən fərqli
olaraq, daha çox yorulacaqsınız. Maraqlı işlə məşğul olmaq, faydalı
məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və
istirahət üçün faydalıdır.
Mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar.
İnsanların gur olduğu yerə yollanmayın.
Şir
- sakit və məhsuldar zamandır. Xüsusi maraq kəsb edən işlə məşğul
olaraq onu məntiqli şəkildə başa vurun. Faydalı tanışlıqlar əldə etmək,
təcrübəli insanlarla bir araya gəlmək şansları var. Eksperimentlərdən,
risklərdən qorxmayın. Yeni metodları sınaqdan keçirin. Bu minvalla yaxşı
nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında
yaxınlarınız sizdən diqqət tələb edəcəklər. Onlarla münasibətləri
sərinləşdirməyin. Yardıma ehtiyacı olan insana kömək edin. Mükafat və ya
minnətdarlıq gözləməyin.
Qız -
günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə edin. Önəmli
irəliləyişə nail ola bilərsiniz. Saatlar keçdikcə daha ehtiyatlı olun.
Rəqib və bədxahların sayı artacaq, onlar daha məkrli olacaqlar.
Günün
ikinci yarısında hər addımınız səlis və düşünülmüş olmalıdır. Bütün
çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz.
Axşam
saatlarında normal istirahət edə bilməyəcəksiniz. Sizə ehtiyac duyan
insanlar var. Şübhəli insanların çoxsaylı təriflərinə, yaltaqların
dediklərinə inanmayın.
Tərəzi -
uğur istisna deyil. Fəqət qələbənin asanlıqla əldə olunacağını
düşünməyin. Təkbaşına, sakit şəkildə fəaliyyət göstərin. Öz işlərinizi
görməklə yanaşı, yaxınlarınızın öhdəliklərinin bəzilərinin yerinə
yetirilməsində onlara yardım edin.
Günün ikinci yarısında daha aktiv olun, qətiyyətlə davranın.
Axşam
saatlarındakı görüşə yaxşı hazırlaşın. İmprovizələrə belə bağlamayın.
Qarşı tərəfdə özünüzlə bağlı normal təəssürat yaratmaq istəyirsinizsə,
xarici görünüşünüz qüsursuz olmalıdır.
Əqrəb
- günün ilk yarısı qarışıq, təlatümlüdür. Narahatlıq və təlaş olacaq.
Mübahisəli, qarışıq məsələləri məntiqli şəkildə həll edin. Uğura bel
bağlamayın, fatalist olmayın. Dürüst qərarlar qəbul edərək planlarınızı
həyata keçirin. Kimsə ilə məsləhətləşməyin. Vaxtınızı boş söhbətlərə
sərf etməyin.
Günün ikinci yarısında maliyyə məsələlərində
ifrat dərəcədə diqqətli olun. Böyük məbləğin itirilməsi riski var. Şəxsi
münasibətlər üçün əlverişli zamandır. Romantik təmaslar harmonik
olacaq.
Oxatan - günün ilk
yarısında mühüm və ciddi heç bir hadisə olmayacaq. Ağır situasiyadır.
Yaşananlara olduğundan kəskin reaksiya verməyin. Gücünüzü və vaxtınızı
yel dəyirmanları ilə mübarizəyə həsr etməyin. Real, gerçəklən də, mühüm
olan məqsədlərə çatmağa can atın.
Günün ikinci yarısında
yaşlı qohumların və təcrübəli dostların məsləhətlərində fayda var.
Başqalarının səhvlərindən nəticə çıxarmağı bacarın. Sevdiyiniz insanla
xoşagəlməz söhbət ola bilər. Amma istənilən halda qarşılıqlı anlaşmaya
nail olacaqsınız.
Oğlaq -
qətiyyətli, iradəli olun. Uğura doğru irəliləyişiniz əhvalınızdan
asılıdır. Çox güclü düşmələrlə mübarizə aparmalı olacaqsınız. Onlar sizi
zəif saydıqları üçün uduzacaqlar. İşdə rəhbərlik və ya karyeranıza hər
hansı formada təsir edə biləcək insanlarla önəmli söhbətlər üçün günün
ikinci yarısı əlverişlidir.
Gəlir əldə edəcəksiniz. Əla ideyalar var. Onların bəzilərini reallaşdırsanız, yaxşı pula yiyələnəcəksiniz.
Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər istisna deyil.
Dolça
- günün ilk yarısında ehtiyatlı olun. Risk etmək, cəsur ideyanı və ya
planı reallaşdırmaq olar. Yaradıcılıq layihələri istisnadır. Belə
məsələlər qeyri-standart yanaşma tələb edir. Çətin problemlərin
öhdəsindən gələ biləcəksiniz.
Günün ikinci yarısında işdəki
fikir ayrılıqları və çətinliklər əhvalınıza pis təsir edə bilər.
Müşküllər münasibətlərə təsir etməməlidir. Diskusiyanı konstruktiv
məcrada saxlayın, aqressiv olmayın.
Axşam saatlarında
səhhətinizdə problemlər yaranacaq. Ürək-damar sistemində ağrılar, xronik
ağrıların kəskinləşməsi istisna deyil.
Balıqlar
- günün ilk yarısında uğur qazana bilərsiniz. Məqsədə nail olmaq üçün
situasiyanı aydınlaşdırın, işlərdə konkretliyə nail olun. Hiyləgər,
fəndgir davranın.
İşlərdə irəliləyişə nail olmaq üçün qətiyyətli çalışmaq gərəkdir.
Günün
ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Enerji
qıtlığından şikayətlənmək üçün heç bir səbəb yoxdur. Ağır problemlərin
həlli üçün təmkinli davranın.
Yaşlı qohumlarınızın qeydlərinə, iradlarına və məsləhətlərinə qulaq asın.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az