XIX əsrin qəsri 1 dollara satıldı - Foto
4.11.2014

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində XIX əsrə aid qəsr 1 dollara satılıb.

Roman üslubunda tikilən “The House that Coffee Built” yaxud “The House that Coffee Built” adlandırılan malikanə kofe satışı ilə məşğul olan imkanlı sahibkara məxsus olub.

Bina şəhərin mərkəzində inşa edilən ən böyük və gözəl qəsrlərdən bri olub. 1922-ci ildə sahibi ölən ev tədricən dağılmağa başlayıb və hazırki görkəmi alıb.
2005-ci ildə o, keçmiş sahibinin vergiləri ödəməməsi səbəbindən şəhərin ixtiyarına keçib. 2008-ci ildə mülk ilk dəfə olaraq 1 dollara memara satılıb. Memar evi bərpa etməyi planlaşdırsa da, bu mümkün olmayıb və qəsr yenidən şəhərə qaytarılıb.

İndi qəsr yenidən 1 dollara “Oracle Design” şirkətinə satılıb. Binanın hazırki sahibi lazimi bərpa işləri aparmaq və köhnəlmiş malikanəni gözəl apartamentə çevirmək niyyətindədir.



Gün.Az