Azərbaycana daxil olan internet trafikin artımı bərpa olunub
4.11.2014

Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcminin artımı bərpa olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verilən xəbərə görə, bu Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasında əksini tapıb.

Statistikaya əsasən ölkəyə daxil olan internet trafikin maksimal həcmi son iki ayda 12 faizədək artıb və 125 Gbp/s-ə çatıb. Bu, Azərbaycana bu il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 32% artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son aylar ərzində 20 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 25% çoxdur.

Gün.Az