Amerikalı qadın belini rekord səviyyədə incəldib. 27 yaşlı Kelli Li Dekay 7 ildir ki, hər gün kosrset taxır. 12 saat belində korsetlə gəzən qızın belinin ölçüsü indi 40 sm-dir.
İngiltərənin "The Sun" qəzetinə danışan Dekay bir zamanlar belinin 76 sm olduğunu deyib. O, yeni görünüşünü çox bəyənsə də, bəzən korsetin ona hərəkətdə maneə törətdiyini deyir. "Xüsusən pilləkəndə çıxanda çətinlik çəkirəm. Bu formada ağır ey götürmək, ağır hərəkətlər etmək təhlükəlidir. Ona görə idmana gedəndə korseti çıxarıram. Bəziləri görüntümü çox bəyənir, bəziləri isə sadəcə nifrət edir. Bəziləri heç də təbii görünmədiyimi deyirlər. Amma saçlarım da mavidir".
Qadının sözlərinə görə, o uşaqlıqdan çox utancaq olub. Korset qərarını isə cingi filmi qəhrəmanına görə verib.


ANS PRESS