Beyin əlbəttə ki, insan orqanizminin ən vacib üzvüdür. O bədənimizi
idarə edir, o bizim şüurumuza və emosiyalarımıza görə cavabdehdir.
Başqa sözlə, beyin elə insanın özü deməkdir. Və dünyanın bütün
alimlərini bu müddəaya yenidən baxmağa vadar edən istisna meydana çıxana
qədər uzun müddət hamı belə düşünürdü.
İş burasındadır ki, Karlos Rodriges adlı həyatsevər amerikalı praktiki olaraq beyinsiz yaşayır. Onun alın payı yoxdur.
Ümumiyyətlə, dəhşətli avtomobil qəzasından sonra onun kəllə qutusu,
demək olar, boş qalıb. Lakin o papaq geyindikdən sonra başqa adamlardan
heç nə ilə fərqlənmir.
Bir sıra mənbələr belə bir hadisəyə 16-cı əsrdə də təsadüf edildiyini
qeyd edirlər. O zaman ağır kəllə travmasından ölən oğlanı üç il sonra
yararkən onda beyin aşkar olunmayıb. Onun üç il ərzində necə yaşadığı
naməlum qalıb?
Bəzi alimlər hesab edirlər ki, "qarın beyni" adlanan orqan mövcuddur. Və
həqiqətən də, mədədə və bağırsaqda məsələn, onurğa beynindəkindən daha
çox, yəni 100 minə yaxın neyron hüceyrəsi mövcuddur.
Rodrigesə gəldikdə isə, baş beyninin 60 faizindən çoxunun
çıxarılmasından sonra onun şəxsiyyəti qətiyyən dəyişməyib, yaddaşı və
koqnitiv qabiliyyəti normal fəaliyyət göstərir. Bəs onda o necə düşünür?
İndi alimlər bu suala cavab tapmağa çalışırlar.
Trend