Dünyanın ən bahalı qarajı satıldı
5.11.2014

Londonda dünyanın ən bahalı qarajı satılıb. "Çelsi" rayonunda yerləşən qaraj 900 min dollara satılıb. Obyekt iki həftə öncə satışa çıxarılmışdı.

Qarajın ölçüləri 3.35 x 2.13 metrdir. Balaca avtomobilin yerləşməsi üçün kifayət edir. Qaraja normal qabarit ölçülərinə malik sedan avtomobili yerləşdirmək mümkün deyil.

Milli.Az