Qoç - peşəkar fəaliyyət baxımından çətin gündür.
Bütün diqqəti işə yönəldin. Fəaliyyətiniz üçün gərəkli vaxtda başqa
işlərlə məşğul olmayın. İstirahət və əyləncə ilə bağlı fikirləri təxirə
salın. Astagəl, ləng olmayın.
Günün ikinci yarısında həssas,
sayıq olun. Əks təqdirdə tərəfdaş və ya dostlarla münasibətlər sərinləşə
bilər. Maliyyə fonu pis deyil. Axşam saatlarında sərfəli alış-veriş edə
bilərsiniz. Xərclər az, aldığınız əşyalar zəruri olmalıdır.
Şəxsi münasibətlərdə problemlərin yaranmaması üçün səbrli davaranın. Sevdiyiniz insanı tələsdirməyin, acılamayın.
Qarşılıqlı anlaşmaya nail olmağa can atın.
Buğa
- peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və
bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə
yetirin, sifarişləri unutmayın. Belədə maaşınızın artımına, vəzifənizin
artımına təkan verə bilərsiniz.
Günün ikinci hissəsində
şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları
arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda
qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbrli olun.
Ünsiyyətdə harmoniyaya nail olun.
Əkizlər
- günün ilk yarısı hadisələrlə zəngindir. Situasiya sizin üçün
faydalıdır. Zamanınızı dəyərləndirin. Məhsuldar işləyin. Yaranmış
problemləri həll etməyə çalışın. Dostlarla ünsiyyət zamanı önəmli
məsələləri müzakirə edə bilərsiniz.
Günün ikinci yarısında
aktiv və enerjili olun. Qarşınızdakı maneələri dəf etmək üçün etibarına
şübhələnmədiyiniz insanların yardımlarından bəhrələnə bilərsiniz. Çoxdan
bəri həllini tələb edən məsələnin nizamlanmasında diqqətli davranın.
Sevdiyiniz
insanla münasibətlərdə axşam saatlarında problemlər yarana bilər.
Azadlıq və müstəqilliyinizi aqressiv şəkildə qorumayın.
Xərçəng
- günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində perfeksionizmə
qapılmayın. Nəticələrin hamısından narazı qalaraq bədbinliyə qapılmayın.
Görülən işləri yenidən yerinə yetirmək məntiqi deyil. Yardım
təkliflərini qulaqardına vurmayın.
Baş verənlərə ayıq nəzər salın.
Günün
ikinci yarısında yaxınlarınızla münasibətləri kəskinləşdirməyin. Şübhə
və ya qısqanclığa yer yoxdur. Tamahkar davranmayın. Bir qədər soyuqqanlı
olun, insanların reaksiyalarına fikir verin.
Problemləri müzakirə etməyə dəyər.
Şir
- aktiv, enerjili olun. Peşəkar fəaliyyət sahəsində bilik və
bacarıqlarınızı maksimum dərəcədə nümayiş etdirməyə çalışın.
Qərarlarınıza düşünüb-daşınandan sonra açıqlayın. Belədə tərəfdaş və
şəriklərinizin nəzərində nüfuzunuz artacaq. Yaxın gələcəklə bağlı
planları ciddi müzakirə etmək gərəkdir.
Günün ikinci
yarısında kömək və dəstəyə ehtiyacınız var. Yaxınlarınızla daha çox vaxt
keçirin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız
- fəaliyyət sahəsində özünüzü normal, səbatlı hiss edin.
Səlahiyyətlərinizi yaxşı, vaxtında yerinə yetirin. Həmkarlarınızın
yardıma ehtiyacı olarsa, onlara yardım edin. Adi günlərlə müqayisədə
daha çox çalışmalı olacaqsınız.
Narahat olmayın, əməllərinizin sonucundan razı qalacaqsınız.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər.
Münaqişənin təşəbbüskarı olmayın. Tərəfdaş və ya şəriklə ünsiyyətdə
həssas olun, onunla laqeyd davranmayın. Yeni tanışlıq ehtimalı azdır.
Rəğbət bəslədiyiniz şəxsin ürəyini qırmayın.
Tərəzi
- peşəkar fəaliyyət sahəsində yeni tərəfdaş və ya şərik tapmaq asan
deyil. Kollektivdə çalışmaq ağırlaşır. Yaxın ətrafınızdakı insanlar
arasında sizi dəstəkləməyənlərin sayı artacaq.
Məsləhətlərinizdə ehtiyatlı olun.
Günün ikinci yarısında başqalarının işlərini görməyə çalışmayın. Öz işinizi keyfiyyətlə görün, yetər.
Münasibətlərdə
harmoniya yarana bilər. Emosiyalara uymayın, hisslərinizi cilovlayın.
Yaxınlarınızı dəstəkləyin. Bununla belə, ətrafınızdakı insanlara həddən
ziyadə inanmayın. Deyilən hər sözü həqiqət saymayın.
Sevdiyiniz insan belə, vədlərindən birinə əməl etməyə bilər.
Əqrəb
- işdə vaxtınızı boşuna keçirməyin. Yeni biliklər, təcrübə və
bacarıqlar əldə olunması üçün münasib zamandır. Vaxtdan istifadə edərək
yaşlı həmkarlar və ya təcrübəli tanışlardan fadyalı biliklər əxz edin.
İşə yeni başlayan, prosesə təzəliklə qoşulan insana dəstək olun.
İşdə həmkarlarla münasibətləri yaxşılaşdırın.
Günün
ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə diqqətli olun.
Hisslərinizi cilovlayın. İntuisiyanız kəskinləşəcək. Tərəfdaşlarla daha
sıx əlaqələr qurun. Məqsədə çatmaq istəyirsinizsə sürətlə, qətiyyətlə
irəliləyin.
Axşam saatlarına yaxın şanslarınız artacaq.
Oxatan
- karyera problemlərini həll etməyə tələsməyin. İşdə rəhbərliklə
münasibətləri gərməyin. Şəxsi məziyyətlərini ön plana çəkməyin.
Aqressiv, impulsiv olmayın. Güzəştə getməyi, soyuqqanlı davranmağı
bacarın.
Əks təqdirdə ciddi səhvlərə yol verə bilərsiniz.
Günün
ikinci yarısında səhvlərinizi etiraf etməyi bacarın. Belədə
ətrafdakılar da sizə anlayışla yanaşacaqlar. Tərəfdaşlarınız arasında
yeni simaların rəğbətini qazanmağa can atın.
Sevdiyiniz
insanla axşam saatlarında fikir ayrılığının yaranmaması üçün "müxtəlif
dillər"də danışmayın. Tarıma çəkilmiş əsəblərinizi normal səviyyəyə
çatdırın. Fərqli mövqeli insanları səbrlə dinləyin, onların sözlərindən
bəhrələnməyə çalışın.
Oğlaq -
təşəbbüs və təkliflərlə çıxış etmək üçün yaxşı zaman deyil.
Dediklərinizi qulaqardına vuracaq, ciddi saymayacaqlar. Qərar verməzdən
və ya önəmli addım atmazdan əvvəl yaxşıca fikirləşin.
Planlarınızı təhlil, ideyalarınızı müzakirə edin. Arqumentləri qiymətləndirin.
Günün
ikinci yarısında ideyalarınızdan birindən praktiki mənfəət əldə etməyə
çalışın. Rutin və ənənəvi işləri tənbəllik etmədən yerinə yetirin. Kiçik
fasilələr etmək olar.
Axşam saatlarına yaxın əhvalınız
pisləşərsə, görüşü təxirə salın. Hisslər barədə danışmaq, hədiyyə alıb
hədiyyə verməklə yanaşı, söhbət etməyə çətinlik çəkəcəksiniz.
Sevdiyiniz insanla səmimi, qayğıkeş olun.
Dolça
- işgüzar təmaslar və danışıqlar üçün yaxşı gündür. Qətiyyətli olun,
fikirlərinizə və planlarınıza qarşı tərəfi inandırmağa çalışın. Tərəfdaş
və şərikləriniz sizə həvəslə yardım edəcəklər. Aktivliyiniz bəhrəsini
verəcək. Yeni ideyalarınızı gizlətməyin, danışın.
Günün
ikinci yarsında işdə rəhbərliklə danışıqlar aparmaq olar. Şəxsi
münasibətlərdə irəliləyişlər olacaq. Karyeranızı düşünməyin zamanıdır.
Əks cins mənsubları ilə təmaslarda həssas, qayğıkeş olun.
Axşam saatları əlverişlidir. Kefiniz kök olacaq.
Balıqlar
- bütün diqqəti işə yönəldin. Aktiv olun, məhsuldar fəaliyyətə can
atın. Situasiya əlverişsiz olsa da, maraqlarınızı təmin edin. Orijinal
ideya istisna deyil. Həmin ideyanı həyata keçirməyə can atın.
Günün
ikinci yarısında çətin zamandır. Müsbət təmayüllərin təsiri azalacaq.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamaq istəmirsinizsə,
soyuqqanlı və təmkinli olun.
Axşam saatlarına yaxın
sevdiyiniz insana yardım edin, amma ona təzyiq göstərməyə can atmayın.
Emosiyalarınız kontrolda olmalıdır. Ən kiçik diqqət nişanəsi qarşı
tərəfi sevindirə bilər.
Milli.Az