Vinsent Van Qoqun “Natürmort. Çobanyastığı və laləli güldan” rəsm əsəri ikinci gün Sotheby`s hərracında 61,8 milyon dollara satılıb.
İmpressionizm və modernizm sənətinə həsr edilmiş hərracda əsər əsas lot olub. İlkin olaraq rəsm əsərinin qiyməti Sotheby`s ekspertləri tərəfindən 30-50 milyon dollar arasında qiymətləndirilir.
Van Qoq “Çobanyastığı və laləli güldan” üzərində 1890-cı ilin iyununda Parisin yaxınlığında yerləşən Over-sür-Uaz şəhərində rəssamın səhhətinə nəzarət edən dost, doktor Polya Qaşenin evində işləyib.
“Bu rəsm əsəri Van Qoqun faciəli ölümündən cəmi bir neçə həftə öncə yaradılıb və onun olduğu mürəkkəb emosional vəziyyəti təsvir edir”, - Sotheby`s-un impressionizm və modernizm departamentinin rəhbəri Saymon Şo əsəri təqdim edərkən deyib.
Oxu.az