Azərbaycan prezidenti Gəncədəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün 5 milyon manat ayırıb
6.11.2014

Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması ilə bağlı sərəncam imzalayıb.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

APA