Bu qız ildə 115 milyon dollar qazanır – Foto
6.11.2014

Dünya musiqi sənayesində ən çox qazanan qadınların reytinq siyahısı açıqlanıb.

ABŞ-ın “Forbes” jurnalının 2014-cü il üçün hazırladığı yeni siyahıda birinciliyi Beyons əldə edib.

“Forbes” ekspertlərinin qiymətləndirməsinə görə, Beyons 2013-cü ilin iyunundan 2014-cü ilin iyununa qədər 115 milyon dollar qazanıb.

Qeyd olunur ku, Beyonsun gəlirlərinin kəskin artımı onun göstərilən müddət ərzində reallaşdırdığı turne çərçivəsində 95 şou-konsert proqramı təşkil etməsi ilə bağlıdır.

Məlumata əsasən, müğənni qatıldığı turnedə çıxış etdiyi hər konsertdən 2,4 milyon dollar gəlir götürüb. Bundan başqa, onun 2013-cü ildə buraxdığı albom da Beyonun gəlirlərinin artmasına təsir göstərib.

Maraqlıdır ki, “Forbes” jurnalının ötən il açıqladığı siyahıda Beyons yalnız 9-cu yerlə kifayətlənməli olmuşdu.

Siyahıda 2-ci yeri Teylor Svift (64 milyon dollar), 3-yeri isə müğınni Pink (52 milyon dollar) tutub.

gun.az