Qoç - günün ilk yarısı pis deyil. Ən çətin işlərin
öhdəsindən gələ bilərsiniz. Problemlərin çözülməsinə başlayın. Aktiv və
enerjili olun. Yaxın ətrafınızdakı insanları yeni layihəyə cəlb edin.
Günün
ikinci yarısında maraqlı macəra istisna deyil. Yaxın gələcəyinizi
planlaşdıranda detalları nəzərə alın, praqmat olun. Normal təklif
alsanız, dinləyin. Təşəbbüskarlıq pis deyil.
Axşam saatlarında sakit istirahətə üstünlük verin.
Buğa
- günün ilk yarısında əhvalınız pis olmayacaq. Yeni tanış maraqlı
həmsöhbət olacaq. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin.
Dinləməyi bacarın. Çoxsaylı faydalı məlumatlar alacaqsınız. Yeni işə
başlamaq olar.
Günün ikinci yarısında münaqişə riski artır.
Mübahisəyə qatılmayın. Mövqelərinizi sonadək müdafiə edin, geri
çəkilməyin. Hüquqlarınızdan yararlanın. Yaxın ətrafınızdakı insanlarla
ünsiyyətdə dözümlü olun. Mənəvi və fiziki ağrılardan qorunmaq üçün
həssas davranın.
Əkizlər -
müxtəlif miqyaslı və profilli məsələlərin həlli üçün əlverişli zamandır.
Planlaşdırma, danışıqlar, müzakirələr və eksperimentlər üçün aktiv
olun, süstlüyə qapılmayın. Başladığınız hər işdə gərəkli nəticəyə can
atın. Sonuclar pis olmayacaq.
Günün ikinci yarısında səmimi,
soyuqqanlı və qayğıkeş olun. Sevdiyiniz insan sizi sevindirmək
istəyəcək. Məqsədə çatmaq üçün qətiyyətli davranmaq gərəkdir. Yeni
tanışlarla təmasda diqqətli olun.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng
- kiçik narahatlıq və gərginlik olacaq. Gün pis deyil. İstirahət və
əyləncə zamanı deyil. Başa çatdırılmasını tələb edən işlər var. Önəmli
məsələni həll etməyə imkan verən telefon zəngini unutmayın. Həddən artıq
gərgin çalışmayın.
Günün ikinci yarısında enerjinizi
effektiv nəticə əldə edə biləcəyiniz işə yönəldin. Alış-verişdə texnika,
avadanlıq almaq olar. Qacetlər istisna deyil. Avtomobil üçün
aksessuarlara pul xərcləməyin.
Axşam saatlarını ailə üzvləri, sevdiyiniz insanlarla keçirin. Gərgin fəaliyyətdən sonra istirahətə ehtiyacınız var.
Şir -
günün ilk yarısı sürprizlər və xoş hadisələrlə zəngin olacaq. İşlərin
tempini azaltmayın. Niyyətlərinizlə arzularınızı həyata keçirin.
Sevincinizi dəyər verdiyiniz insanlarla bölüşün.
Günün ikinci
yarısında şəxsi münasibətlərdə zəruri dəyişikliklər və yeniliklər edə
bilərsiniz. Tanışlıqlar sürətlə baş tutacaq. Qarşı tərəfdə özünüzlə
bağlı xoş təəssürat yaratmağa çalışın.
Söhbətin təşəbbüskarı olun. Bir müddət sonra yeni tanış sizə tərəfdaş təklif edəcək.
Axşam saatlarını evdən kənarda keçirin.
Qız
- məişət məsələləri ilə məşğul olun. Ailədəki problem həllini tələb
edir. Ağır işlərdən yayınmayın. Bu proseslər sizi yormayacaq. Yardıma
ehtiyac duyan insana kömək etməyi unutmayın.
Yaxınlarınıza
diqqət və qayğınız, yaxşı tanımadığınız insanlara səmimi münasibətiniz
cavabsız qalmayacaq. Minnətdarlıq sözləri eşidəcəksiniz.
Günün ikinci yarısında önəmli olayın bilaixtiyar iştirakçısına çevriləcəksiniz.
Axşam saatları sevdiyiniz insanla ünsiyyət üçün münasibdir. Münasibətlərinizi daha səmimi edin.
Tərəzi -
emosional baxımdan asan gün deyil. Gərginlik hiss edəcəksiniz. Kiçik
problemlər təcili, təxirəsalınmaz həll tələb edir. Çətinliklərin
çözülməsinə nə qədər tez başlasanız, işləri bir o qədər tez başa
vurarsınız. Bütün işləri eyni vaxtda görmək mümkün deyil.
Günün ikinci yarısında ikinci dərəcəli işləri ertələyin, mühüm saydığınız məsələ ilə məşğul olun.
Saatlar
keçdikcə müsbət təmayüllərin təsiri artır. Əks cins mənsubları ilə
münasibətlərinizdə problemlər yaratmayın. Ümid və niyyətlərinizdən
danışmaqdan çəkinməyin. Planlarınızı inandığınız insanlarla bölüşə
bilərsiniz. Qarşı tərəfin gözləntilərindən xəbər tutun.
Əqrəb -
ağır, çətin zamandır. Əhvalınızı korlamamaq, yaxınlarınızın könlünə
dəyməmək üçün səbrli və təmkinli olun. Səhər saatlarından etibarən kobud
və sərt danışmayın. Sizi dəstəkləmək istəyən insanların yardımlarını
rədd etməyin. Mümkün qalmaqal və mübahisələrdən yayınmaq üçün soyuqqanlı
olun.
Günün ikinci yarısında əhvalınız korlana bilər. Aqressivlik əsla məsləhət deyil.
Sevdiyiniz
insanla qarşılaşa bilərsiniz. Restorana yollanın, istirahət edin.
Xoşagəlməz situasiyanı və qarşılıqlı iradları unudun.
Oxatan -
birmənalı gün deyil. Pozitiv təmayüllər olsa da, sərt tənqidlər
eşidəcəksiniz. Ünsiyyətdən yayınmayın. Yaxınlarıınızın, ailə
üzvlərinizin ünvanına sərt sözlər deməyin.
Uşaqlıq etməyin,
inadkar davranmayın. Məqsədə çatdığınızı düşünüb erkən sevinməyin.
Təhlükəli situasiyaya düşə bilərsiniz. İfrat qətiyyətiniz ətrafınızdakı
insanları usandıra bilər.
Günün ikinci yarısında proseslərdən
bir qədər kənarlaşın, istirahət edin. Davranışınıza fikir verin.
Nüfuzunuza zərbə vuracaq addımlar atmayın.
Axşam saatlarında vaxtınızı normal keçirin, istirahət edin. Yaxşı tanıdığınız insanlarla təmaslara üstünlük verin.
Oğlaq
- günün ilk yarısında işlərinizdə nizam yaradın. Əlverişli situasiyadan
bəhrələnməyə çalışın. Mühüm layihəyə başlamaq, yeni tanışlığa başlamaq
olar. Yaşamınızda peyda olan yeniliyi dəyərləndirin.
Uğurlarınız sizi sevindirəcək. Toplantı və konfransa qatılmaq olar.
Günün
ikinci yarısında yorğurluq hissindən qurtula bilərsiniz. Cansıxıcı
işlərdən imtina etməyin. Yaşanan olaylara normal reaksiya verin.
Axşam
saatları alış-veriş üçün əlverişlidir. Yaşam arealınızı daha rahat və
gözəl edə bilərsiniz. Sevdiyiniz insanın qayğısına qalın.
Dolça
- intensiv və aktiv çalışın. Əyləncə, istirahətlə bağlı fikirləri
müvəqqəti ertələyin. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı
reallaşdırmağın zamanı çatıb. Tələsik qərar verərək səhv etməyin.
Günün
ikinci yarısı şəxsi münasibətlər üçün faydalı deyil. Sakitliyə,
rəvanlığa ehtiyacınız var. Səlis davranın, ətrafınızda baş verən
hadisələrə fikir verin. Sərvaxt olsanız, sizə qarşı hazırlanan yeni
oyundan vaxtında xəbər tuta bilərsiniz.
Balıqlar
- yeni tərəfdaş və ya müttəfiq aramaq üçün yaxşı zamandır. Möhkəm və
uzunmüddətli əlaqələrinizin yaranacağı insanla qarşılaşmağınız istisna
deyil. Ünsiyyətdə həssas, diqqətli olun. Xırdalıqlara fikir verin.
Günün
ikinci yarısında sükan arxasında, yaxud yolda çox vaxt keçirmək
məsləhət deyil. Səhhətinizə fikir verin. Ağrılar istisna deyil.
Başağrıları ola bilər.
Milli.Az