Azərbaycan bayrağı şərəfinə xüsusi mərasim keçiriləcək
7.11.2014

Dövlət Bayrağı Meydanında mərasim keçiriləcək.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 9-u, saat 10:00-da “Mən Azərbaycanlıyam” aksiyasının davamı olacaq.

Azərbaycanın güc strukturlarının şəxsi heyəti və əməkdaşları, eləcə də sakinlərin iştirakı ilə Dövlət Bayrağı xüsusi mərasimlə dövlət himnimizin sədaları altında 162 m hündürlüyə qaldırılacaq.

Mərasimdə hər kəs iştirak edə bilər.

Məlumat üçün bildirək ki, 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir.

Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.

Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Gün.Az