İstənilən reytinqi qazana bilməyən və vaxtından əvvəl sonlandırılan serialın ulduzu Kıvanç Tatlıtuğ dincəlmək qərarına gəlib.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, davamlı yeni layihə təklifləri alan aktyor bunları rədd edir. Onun 2015-ci ilin sonunadək heç bir layihədə yer almayacağı deyilir.
Tatlıtuğun ekrandan uzaq qaldığı müddətdə filmlərə və aktyorluq təhsilinə üstünlük verəcəyi deyilir.
Bildirək ki, “Aşkı Memmu” serialındakı rolu ilə məşhurluğunun zirvəsinə çatan aktyorun baş rolda oynadığı “Seyid və Şura” serialı gözlənilən rekordu qazanmayınca çəkilişləri vaxtından əvvəl bitib.
Gün.Az