Bu gün dörd rayona qaz verilişində məhdudiyyət yaranacaq.
Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehasalat Birliyinə istinadən verilən xəbərə görə,saat 13:00-dan 14:30-dək Şamaxı rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək isə İmişli, Saatlı rayonlarına və Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələr qaz nəqli sistemində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Gün.Az