Ən faydalı şirniyyat
11.11.2014

Biz hamımız şirniyyatın çox ziyanlı olduğunu eşitmişik. Onun həm sağlamlığa, həm də bədən formasına mənfi təsirindən çox yazılıb, deyilib. Şirniyyat pəhrizin ən böyük düşmənidir. Çox dietoloqlar onu tamamilə həyatımızdan çıxarmağı məsələhət görsələr də, bəziləri onların sağlamlığa ziyanı olmadığını iddia edir. Lakin şirniyyatdan vaz keçmək o qədər də asan deyil.

Unutmaq lazım deyil ki, bədən formasına pis təsir etsədə şirniyyatın əqli inşikafa müsbət təsiri var, bədənə enerji verir, xoşbəxtlik hormonları yaradır.

Əslində isə məsələ başqa cürdür. Belə ki, şirniyyat siyahısına daxil olan bəzi məhsullar ziyansızdırlar. Bəs onlar hansılardır?

Birinci yerdə faydalı xüsusiyyətləri ilə seçilən qara şokolad gəlir. Onun tərkibində vitamin və minerallarla yanaşı, təbii antioksidantlar da var ki, cavanlıq və gözəlliyi qorumağa kömək edir. Gün ərzində bir necə dilim bu şokoladdan yemək sizə ziyandan çox fayda verəcək.

İkinci yerdə zefir qərarlaşıb. Bu həm dadlı, həm də kalorisi az şirniyyatdır. Züfir zülal, fosfor, dəmirlə zəngindir.

Az miqdarda marmelad, pastila (qəndlə meyvə horrasından hazırlanmış şirniyyat) və şəkərləmə (şəkərlənmiş meyvə, meyvə qabığı) orqanizmə faydalı maddələrin ötürülməsinə kömək edə bilər. Balda faydalı şirniyyatlardan hesab edilə bilər. Çünki o həm şəkəri əvəz edir, həm də orqanizm üçün faydalıdır.

Yeyilməsi məsləhət görülənlərdən az sayda şirniyyatlardan biri də günəbaxan halvasıdır. O, həm ürək damar sisteminə müsbət təsir edir, həm də dərinin cavanlığını qoruyur.

bugun.az