Azərbaycanda ikinci Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Noyabrın 18-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.
Mədəniyyət və Turizm Nazirliyinin Aşıqlar Birliyi ilə birlikdə keçirdiyi festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən də aşıqlar iştirak edəcəklər.
Nazirliyin mətbuat xidmətindən Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan beynəlxalq festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Festival iştirakçılarının Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində də çıxışlarının təşkili nəzərdə tutulur. Qeyd edək ki, aşıq sənəti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.
AzərTAc