Çinli oğlan evlənmək istədiyi qıza 99 ədəd iPhone 6 aldı – FOTO
11.11.2014

Çinin Quançjou əyalətindən olan gənc oğlan sevgilisi üçün 99 ədəd iPhone 6 alıb və buna yarım milyon yuan (təxminən 80 min dollar) xərcləyib.

Qız bu romantik etirafa etiraz edib, amma bu eşq etirafından hazırlanan fotoreportaj Weibo sosial şəbəkəsində dərc edilib.

Çinli kompüter proqramçısı Apple smartfonlarının alışına iki illik gəlirini xərcləyib. Bu məbləğ orta statistik fəhlənin 17 illik gəlirinə bərabərdir.

O, aldığı qacetləri ürək formasında düzüb. Onun fikrincə, bu hədiyyə nişan üzüyünü əvəz etməli idi. Bütün bundan sonra onun yalnız gələcək həyat yoldaşı kimi seçdiyi xanıma bir dəstə gül almaq üçün pulu qalıb.

Qız bu jesti qiymətləndirməyib və etiraz edib. Gənclərin insidentə qədər hansı münasibətdə olduqları dəqiqləşdirilməyib.

Daha öncə Şimali Koreyada mobil telefonun nişan hədiyyəsi kimi çox arzuolunan olduğu qeyd edilmişdi. İmkanlı bəy və gəlin üzük əvəzinə bir-birinə məhz belə qurğular hədiyyə edirdilər, çünki bu, daha prestijli hesab edilir.



Oxu.az