Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.
Üç min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən
Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0
(üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.