Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev bildirib ki, paytaxtın Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Xocalı prospekti ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti bu gün axşam saat 22:00-dan etibarən tam məhdudlaşdırılacaq.
Onun sözlərinə görə, bu, yolda üfüqi nişanlanma işlərinin aparılması ilə əlaqədardır.
Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.
Trend