Gənc müğənni “Europian Music Awards”ın xüsusi qonağı olub - Video
12.11.2014

Hər il ənənəvi olaraq keçirilən “Europian Music Awards” mükafatlandırma mərasimində azərbaycanlı gənc müğənni Fərid Həsənov xüsusi qonaq olaraq iştirak edib.
Müğənninin prodüseri və eyni zamanda “AES Group”un rəhbəri, təşkilatçı Aqil Məmiyev bildirib ki, “Türkvision-2013” beynəlxalq musiqi müsabiqəsinin qalibi olan Fərid Həsənov Qazaxıstanda dünyaca məşhur ifaçılar Lorin (Loreen) və Ani Lorakla eyni səhnəni paylaşıb.

İfaçı Qazaxıstanın birinci musiqi kanalı olan “Muzone” telekanalının keçirdiyi mükafatlandırma mərasimində iştirak edib. O, səhnə arxasında dünya ulduzları ilə görüşmək fürsəti qazanıb və daha sonra həmin kanalda canlı verilişə qatılıb.

Qeyd edək ki, Fərid bu il də keçiriləcək “Türkvision-2014” müsabiqəsində də iştirak edəcək.
Video

gun.az