Axtarış
Başqa şəhərlərdə
Çin dizayn-studiyası və alman mütəxəssisləri uzunluğu 4100 mm (GLA-dan 317 mm qısa) olan “G-Code” hazırladılar. Hetçbekə oxşar banın eni 1900 mm, hündürlüyü 1500 mm-dir, çox qısa qapıları və 21 düymlük təkərləri var. Avtomobilin dizaynerləri Asiya meqapolisinin rəngarəngliyindən ilham alıblar. Güc qurğusu hibriddir: qabaq oxun təkərləri iki muftası olan avtomat sürət qutusu vasitəsi ilə benzin mühərikini işə salır, arxadakıları isə elektrik mühərrikinə verilib. Ötürücü tamamilə “yaşıl” HYBRID eDrive rejimində işləyə bilir. “Vəsaitlərdən” minimum istifadə olunduqda benzoelektrik HYBRID eco, elektrik mühərriki DYM-nə kömək etdikdə isə “güclü” HYBRID sport-dan istifadə olunur. Maraqlıdır ki, hər alqoritmin radiator barmaqlığında öz rəngi var – göy, bənövşəyi və ya qırmızı. “G-Code” çox sayda ekzotik texnikaya malikdir. Onların ən maraqlılarından biri – banın günəş batareyası kimi işləyə bilən xüsusi örtüyüdür. Bundan başqa, möcüzə-boya – hava axınından alınan elektrostatik enerjini yığmaq qabiliyyətinə malikdir. Yaxın günlərədək hibridlər enerjini hərəkət və tormozlama zamanı toplayırdı. Kiçik “Mers” isə adi vaxtda toplaya bilir. Bu zaman yaylar və amortizatorlar generatora təsir edir və o, enerji toplayır. Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.