Heydər Əliyev Fondunun və YUNISEF-in dəstəyi ilə Bakı aprelin 2-də Dunya
Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır"
aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. Bu
barədə Heydər Əliyev Fondundan məlumat verilib.
Həmin gün Milli Parkdakı binalardan biri - Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb.
Artıq üçüncü ildir ki, həyata keçirilən "Mavi işıqla işıqlandır"
aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların
məlumatını artırmağa yönəldilmiş unikal qlobal təşəbbüsdür. Həmin gün
Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün
şəhərlərin ən nəzərəçarpan binalarından birini mavi işıqla
işıqlandırırlar.