Dünən məşhur Hollivud ulduzu Leonardo Di Kaprionun 40 yaşı tamam olub.
Leonardo uşaqlıqdan aktyor olmaq arzusunda idi. 1991-ci ildə “Zubastiki” dəhşət filmində ilk dəfə olaraq epizodik rol alıb. Sonradan daha bir neçə filmdə epizodlarda görünüb.
Lakin ona dünya şöhrətini 1997-ci ildə baş rol aldığı “Titanik” filmi gətirib. Cek Douson obrazı Leonardoya milyonlarla fanat qazandırdı.
25 il ərzində Di Kaprio ümumilikdə 30-dan çox filmdə çəkilib. Onun baş rol aldığı “Aviator”, “Azad Canqo” ,”Uoll strit canavarı” filmləri daha məşhurdur.
Bu rollara görə Di Kaprio iki dəfə “Qızıl Qlobus” mükafatı alıb, 5 dəfə “Oskar”a namizəd olub.
publika.az