Azərbaycan ərazisində hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq
12.11.2014

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarda isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

APA