Azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarovun “Any time you fall” mahnısı Böyük Britaniyanın musiqi hit-paradında 28-ci yerə yüksəlmişdir.
Müğənninin rəsmi internet saytına istinadən verilən xəbərə görə, iyundan bu ölkədə dinlənilməyə başlayan kompozisiya indiyədək bu pillədə qərarlaşmışdır. “Any time you fall” qısa müddət ərzində Böyük Britaniya radio dalğalarında 1500 dəfə səslənmişdir.