Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
S0 illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların və əldə olunan iqtisadi inkişafın önəmi vurğulanıb.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.