Azərbaycanda ilk dəfə “Mövsüm Səyahət Yarmarkası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yarmarkanın keçirilməsində məqsəd daxili turizmin dəstəklənməsi və təbliğini, habelə Azərbaycanda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili tur paketlərinin şəhər sakinlərinə və qonaqlara təqdim olunmasını təşkil etməkdir.
Yarmarka noyabrın 15-də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.
APA