Qoç - peşəkar fəaliyyət sahəsində problemlər
yaranacaq. Onların səbəbi gəlirləriniz və karyeranızın inkişafının asılı
olduğu insanla dil tapa bilməməyinizdir. Belə çətin situasiyada
təmkinli, səbrli davranmalısınız. Emosiyaların əsiri olsanız, yeni
çətinliklər yaranacaq.
Günün ikinci yarısında məişət
qayğıları ilə işinizin arasında fərq qoyun. Problemlərinizi həll etməklə
yanaşı, tapşırıq və vədləri də unutmayın.
Evə qayıdarkən işdəki stressin acığını ailə üzvlərindən çıxmayın.
Buğa
- məntiqli və soyuqqanlı olun. Nikbinliyi əldən verməsəniz,
problemlərin öhdəsindən gələcəksiniz. Başqalarına çıxılmaz təsir
bağışlayan vəziyyətin yaratdığı çətinlikləri həll edəcəksiniz. Təxəyyülü
işə salın. Yaxın ətrafınızdakı insanları müşahidə edin.
Günün
ikinci yarısı yaxınlarla ünsiyyət üçün əlverişlidir. Ailə və məişət
qayığlarını müzakirə etmək olar. Dəvət aldığınız tədbirdə diqqət
mərkəzində olacaqsınız. Yeni tanışlıq ciddi münasibətlərin təməlinə
çevrilməyəcək.
Əkizlər -
başladığınız işdə uğur qazanacaqsınız. Yaradıcı yanaşma və proseslərə
qeyri-standart baxış irəliləyiş vəd edir. Yeni ideyalar pis deyil.
Onlardan bəzilərini gerçəkləşdirmək zamanıdır.
Günün ikinci yarısında ailə əmlakı və ya bizneslə bağlı köhnə planlardan birini reallaşdıra biləcəksiniz.
Ünsiyyətdə
səmimi olun. Başqasının zəif cəhətlərini kəskin tənqid etməyin. Belədə
insanlar çətinliklər və problemləri barədə sizə danışacaqlar. Bədbinliyə
qapılanlara dəstək olun.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng
- əks cins mənsubu ilə təmaslarda sayıq olun. Çalışdığınız yerdə rəhbər
qadındırsa, bu gün ehtiyatlı olun. İşgüzar təklifləri diqqətlə
dəyərləndirin. Alqı-satqı və sərmayə ilə bağlı qərar üçün əlverişli
zaman deyil.
Günün ikinci yarısında başqasının əmlakı ilə
bağlı qərar verməyin. Tərəfdaşlarla peşəkar fəaliyyət müşkülləri ilə
yanaşı, şəxsi münasibətlərdəki çətinlikləri də müzakirə etmək olar.
Maraqlı təklif maliyyə durumunuzu yaxşılaşdırmağa imkan verəcək.
Şir -
səxavətli olun. Qohumlarınız və yaxınlarınızın dadına çatın. Amma öz
işinizi də unutmayın. Az sonra maliyyə durumunuzda irəliləyişlər olacaq.
Ünsiyyət və çoxsaylı təmaslar tələb edən məsələdə uğur istisna deyil.
Günün
ikinci yarısında əyləncə və istirahəti ön plana çəkməyin. Təşkilati
məsələləri həll edin. İşlə yanaşı, evlə bağlı məqamların çözülməsində
sərvaxt davranın, sayıq olun.
Axşam saatlarında normal istirahət edin.
Qız
- ünsiyyət üçün əlverişli zamandır. İşgüzar məsələləri müzakirə etmək,
şəxsi münasibətlərdəki çətinlikləri nəzərdən keçirmək olar. Potensial
tərəfdaş axtarışına çıxın. Maraqlı saydığınız mövzularda söhbət apara
bilərsiniz.
Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə
bağlı xoş təəssürat yaratmağa çalışın. İş axtarırsınızsa, sizi
"müsahibə"yə çağıracaqlar.
Alış-veriş pis olmayacaq. Axşam saatlarında bir qədər idman edin. İfrat yorğunluq hissi yaranacaq.
Tərəzi
- çətinliklər və problemlərdən xali olmayan gündür. Buna rəğmən,
sədlərlə maneələri tez dəf edəcəksiniz. Yaşam təcrübəniz və bilikləriniz
karınıza gələcək. Ənənəvi, rutin məsələlərin öhdəsindən gəlməklə
yanaşı, yeni problemləri həll edin. Diqqəti əsas məsələyə yönəldin.
Günün
ikinci yarısında aktiv davranın. Nikbin olun. Kiçik anlaşılmazlıqlar
sizi yoldan sapdırmamalıdır. Nə isə alınmayanda ruhdan düşməyin. Dostlar
və yaxınlar sizə yardım edəcək, ideyalarınızı dəstəkləyəcəklər.
Qayğınızı sevdiyiniz insandan əsirgəməyin.
Əqrəb
- qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə
etsəniz, irəliləyiş olacaq. Yolunuzdakı sədlər kiçik, maneələr
qeyri-ciddidir. Dostlar sizə yardım edəcəklər. Çətin anlarda sayıq olun.
Günün
ikinci yarısında alış-veriş uğurlu olacaq. Axşam saatlarına yaxın yeni
ideyalar yaranacaq. Planı səlis reallaşdırmağa çalışsanız, niyyətinizi
gerçəkləşdirəcəksiniz.
Oxatan -
xoş hadisələr vəd edən uğurlu gündür. Yeni işlərə başlamaq olar. Onları
bitirəcəyənizə, əsla şübhə etməyin. Sınanmış tərəfdaşlar və etibarlı
dostlar sizə yardım edə bilərlər.
Maraqlı işgüzar təkliflər alacaqsınız.
Günün ikinci yarısında iş yerini dəyişmək, maaşı daha çox olan yerdə çalışmaq barədə düşünəcəksiniz.
Şəxsi
münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Ciddi dəyişikliklər
olmasa da, situasiya ümumən pis deyil. Yeni mənbədən gəlir əldə
edəcəksiniz.
Oğlaq - dostlarla
əməkdaşlıq və ünsiyyət üçün yaxşı gündür. Bütün məsələləri qeyri-formal
şəraitdə müzakirə etmək olar. İşgüzar danışıqlarda səlis davranın.
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün var gücünüzlə çalışın.
Günün
ikinci yarısında emosiyalara qapılmayın. Şəxsi münasibətlərdə
çətinliklər yarana bilər. Sevdiyiniz insanla təmaslardakı sərinlik ciddi
münaqişəyə çevrilməməlidir.
Tənqid və iradların intensivliyini azaldın. Yaxınlarınızın xətrinə dəyməyin.
Dolça
- işgüzar intuisiyanız iti olmalıdır. Məhz onun sayəsində yaxşı gəlir
əldə etmək, sərfəli anlaşmalara sahiblənmək imkanını qazanacaqsınız.
Yeni işlərə başlamaq olar. Bir şərtlə ki, bu işləri təkbaşına, müstəqil
şəkildə bitirəcəyinizi yəqinləməlisiniz.
Bel bağladığınız insanlar sizə yardım edə bilməyəcəklər.
Günün
ikinci yarısında işgüzar təmaslarla şəxsi münasibətləri qarışdırmayın.
Yoxsa özünüzü tələyə sala bilərsiniz. İşdə rəhbərlik yeni əməkdaş
axtarışına başlayacaq.
Axşam saatlarında romantik görüş pis alınmayacaq.
Balıqlar
- maraqlı tanışlıq olacaq. Qarşınızda yeni üfüqlər açacaq insanla
görüşəcəksiniz. Karyeranızın inkişafına və bacarıqlarınızı
reallaşdırmağa mane olan fikir ayrılıqlarını aradan qaldıra biləcəksinz.
Ünsiyyətdə diqqətli olsanız, işlərinizdə uğur qazanacaqsınız.
Günün ikinci yarısında yarımçıq işləri bitirin. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Milli.Az