Bakıda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçiriləcəkdir
3.4.2012

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə (RSXM) Şamaxı zəlzələsinin 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçirəcəkdir.
RSXM-in mətbuat xidmətindən bildirilmişdir ki, oktyabrın 7-dən 12-dək Bakı şəhərində keçiriləcək konfransda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Konfrans çərçivəsində, həmçinin Şamaxı rayonuna ekskursiya təşkil olunacaqdır.
Məruzələr may ayının 1-dək elektron variantda işçi dillərdən birində (Azərbaycan, rus və ingilis dilləri) konfransın Təşkilat Komitəsinin science@azeurotel.com elektron ünvanına göndərilməlidir.
Materiallar “Microsoft Word” redaktor proqramı ilə Times New Roman şriftində, 14 şrift ölçüsündə, 1,5 intervalla təqdim edilməlidir.

AzərTAc