“Sotheby” hərrac evinin Cenevrə şöbəsində satışa çıxarılan qızıl saat tarixdə görünməyən rekord qiymətə satılıb. Keçən əsrin 30-cu illərində usta Filip Patekom tərəfindən hazırlanan saat 24 milyon ABŞ dollarına satılıb.
Sövdələşmə edən tərəflər adlarının gizli saxlanmasını istəyiblər. Şirkətin mütəxəssisi Tim Burne auksionda çıxış edərək saatın emalatxana işi olduğunu və çətin mexanizmlə işlədiyini bildirib. Saatın 24 spesifikasiyasının olduğunu deyən şirkət mütəxəsisi onu 20-ci əsrin möcüzələrindən biri adlandırıb.
azadxeber.net