11500 ilin uşaqları tapıldı
13.11.2014

Şimali Amerikanın Alyaska ştatında Buz dövründə yaşamış iki körpənin qalıqları aşkar olunub.

Araşdırmalar nəticəsində məlum olub ki, qalıqlar dövrümüzdən 11500 il əvvələ aiddir.

Alimlərin sözlərinə görə, 2010-ci ildə üç yaşlı uşağa aid qalıqlar tapıldıqdan sonra ərazidə araşdırmalar başlayıb.

Tapılan sümüklərin çox yaxşı qorunduğu, birinin ölü doğulan, digərinin isə doğuşdan dərhal sonra ölən körpələrə aid olduğu təyin olunub.

Məlumat üçün bildirək ki, körpə qalıqları bölgədə indiyədək tapılan ən kiçik insan sümükləridir.

publika.az