Aliyə Qarayeva Qran-pri mərhələsində gümüş medal qazandı
3.4.2012

Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Tye kantonunda gimnastika üzrə Qran-pri yarışlarının ikinci mərhələsində gümüş mükafat qazanıb. GoMap.az Azerisport.az sayta istinadla xəbər verir ki, milli komandamızın lideri lent ilə hərəkətlərin finalında ikinci yeri tutub.

Bir sıra mütəxəssislərin yekdil fikrincə, Aliyə bu yeganə mükafatı rusiyalı gimnastlarla kəskin rəqabət şəraitində qazanıb. Qarşıdan gələn iri yarışlar ərəfəsində bu mükafat xüsusi əhəmiyyət kəsb edir. Fəxri kürsünün bütün pillələrində rusiyalı gimnastların dayanması faktını nəzərə alsaq deyə bilərik ki, A.Qarayeva əslində çoxnövçülükdə də ikinci nəticə göstərib.