Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Tye kantonunda gimnastika
üzrə Qran-pri yarışlarının ikinci mərhələsində gümüş mükafat qazanıb.
GoMap.az Azerisport.az sayta istinadla xəbər verir ki, milli
komandamızın lideri lent ilə hərəkətlərin finalında ikinci yeri tutub.
Bir sıra mütəxəssislərin yekdil fikrincə, Aliyə bu yeganə mükafatı
rusiyalı gimnastlarla kəskin rəqabət şəraitində qazanıb. Qarşıdan gələn
iri yarışlar ərəfəsində bu mükafat xüsusi əhəmiyyət kəsb edir. Fəxri
kürsünün bütün pillələrində rusiyalı gimnastların dayanması faktını
nəzərə alsaq deyə bilərik ki, A.Qarayeva əslində çoxnövçülükdə də ikinci
nəticə göstərib.