Avropa Kosmik Agentliyinin
(ESA) "Philae" kosmik aparatının 67R/Çuryumov-Gerasimenko kometasına
endirdiyi "Rosetta" zondu bəşər tarixində ilk dəfə səma cisminin
səthində fotolar çəkib.
2004-cü ildə başlamış ekspedisiya Rusiya alimlərinin 45 il
əvvəl aşkarladıqları kometaya enməklə kosmik tədqiqatlarda ciddi
irəliləyişə nail olublar.
ESA-nın məqsədi kometanın
qruntunun kimyəvi və fiziki strukturunu öyrənərək Kainatın yaranması ilə
bağlı bilikləri artırmaqdır. Alimlər hesab edirlər ki, təqribən 4,5
milyard il əvvəl formalaşmış kometada "ilkin maddə" alanan struktur
qalıb.
"Philae" aparat modulu vasitəsilə reallaşdırılmış
eniş prosesi unikal idi. Çünki eniş həddən artıq yumşaq olmalıydı: əks
təqdirdə "Rosetta" kometanın səthindən atılaraq uzaqlaşa bilərdi.
Kometada cazibə qüvvəsi zəif olduğundan eniş əməliyyatı çox diqqətlə
aparılıb.
67R/Çuryumov-Gerasimenko kometi yerdən 500 milyon kilometr kənardadır.






































Milli.az