Paytaxtın əsas prospekti bağlanır
14.11.2014

Bakının Heydər Əliyev prospekti bağlanır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur.

Trend