Azərbaycan yenidən “Best Model of The World” yarışmasında
17.11.2014

“Best Model of The World” beynəlxalq gözəllik yarışmasında iştirak üçün sənəd qəbulu elan olunub.
Aqil Məmiyevə istinadən verilən xəbərə görə, vaxt azlığı ilə əlaqədar olaraq Azərbaycanda milli final olmayacaq:

“Kastinq yolu ilə seçilən gözəllərimiz Azərbaycan üzrə komitənin və müsabiqənin prezidentinin rəyinə əsasən, ölkəmizi mötəbər yarışda təmsil edəcək. Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, xarici dil biliyi, gözəllik, bu kimi kriteryalara üstünlük veriləcək”.

“Best Model of The World” müsabiqəsi 27 ildir ki keçirilir. Bu il dünya finalı dekabrın 6-da İstanbulda baş tutacaq. Amma seçilən təmsilçilərimiz noyabrın 30-dan kampda iştirak üçün qardaş ölkəyə yola düşəcəklər.

Yarışmanın prezidenti Erkan Özermandır. Azərbaycan üzrə təşkilatçısı isə “AES Group”un prezidenti Aqil Məmiyevdir.

Gün.Az