Qoç - hadisələrin axarı sakitlik və təmkin tələb
edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı
informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın. Başqasını
müzakirə edəndə sərt danışmayın.
Günün ikinci yarısı səyahət
və ya uzaq səfərlər üçün deyil. Yolda xoşagəlməz hadisə baş verə bilər.
Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Axşam saatlarını
dostlarla keçirin. Uzun münasibətlər qura biləcəyiniz insanla qarşılaşa
bilərsiniz.
Buğa - günün işlərini
əvvəlcədən planlaşdırın. Mühüm olayı unutmayın. Diqqətsizlik ciddi
problem yarada bilər. Sadəlövh olmayın, deyilən hər sözə inanmayın.
Biznes və maliyyə məsələləri ilə bağlı müzakirələrdə huşyar olun.
Günün
ikinci yarısında perspektivlərinizi bir daha dəyərləndirin. Aldığınız
məlumatları müstəqil qiymətləndirin. Şübhəli məsləhətlərə inanmayın.
Alış-veriş etmək olar. Amma parfümeriya, bahalı geyim, aksessuar almağa dəyməz. Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.
Axşam saatlarını səs-küylü məclisdə keçirməyin.
Əkizlər
- ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Mübahisələr etməyin,
münaqişələrdə diplomatik davranın. Yeni layihələrə başlamaq olar.
Genişmiqyaslı işə start verilərsə, diqqətli davranın.
Günün
ikinci yarısında bilik və bacarıqlarını nümayiş etdirmək şanslarından
yararlanın. İntellektinizi göstərin. Sözlərinizə qulaq asacaqlar.
Şəxsi
münasibətlərdə ciddi dəyişikliklər istisna deyil. Sevdiyiniz insan sizə
görə dəyişmək istəmir. Təmasları normallaşdırmağa çalışın.
Axşam saatlarında yeni görüş, yeni tanışlıq olacaq.
Xərçəng -
maliyyə məsələləri ilə diqqətlə maraqlansanız, yaxın ətrafınızdakı
insanlardan birinin sizi aldatdığını, fırıldaqçılıq etdiyini
görəcəksiniz. İntriqanın mərkəzinə düşəcəksiniz. Sizdən informasiya
mənbəyi kimi istifadə etmək istəyəcəklər.
Günün ikinci
yarısında marionetkaya çevrilməmək üçün müxtəlif fikirləri, fərqli
mövqeləri dəyərləndirin, alternativləri nəzərdən keçirin. Əlavə məlumat
almaq üçün bütün mövcud imkanlardan yararlanın.
Axşam
saatlarına yaxın kimsə əməli və ya zahiri görünüşü ilə sizə təsir edə
bilər. Stilinizi, davranış modelinizi dəyişməyin. Sakit şəraitdə
qüvvənizi bərpa edin.
Şir - gün
ərzində görəcəyiniz işləri əvvəlcədən nizamlayın, planlaşdırın. Mümkün
qədər çox iş görməyə, bu zaman ifrat yorğunluğa düçar olmamağa çalışın.
Aktiv olun, yeni tapşırıqları və sifarişləri yerinə yetirəcək
potensiallı insan təsiri bağışlayın.
Əməllərinizdə ardıcıl olun. Eqoist, təşəxxüslü, ən başlıcası isə impulsiv olmayın.
Günün
ikinci yarısında kəskin dəyişikliklər planlaşdırmayın. Özünüzə sadiq
qalın. Başqasının təcrübəsindən yararlanın. Ətrafınızdakı insanların
belə situasiyada necə hərəkətlər etdiklərini müşahidə edin.
İmici,
yaşayış yerini və ya peşəkar fəaliyyət sahəsini radikal dəyişməyə
dəyməz. Yaxınlarınızla təmaslarda qayğıkeş olun. Öz fikrinizi mütləq
həqiqət saymayın. Ucadan danışmayın.
Qız
- intuisiyanız iti olacaq, hissiyatınız artacaq. Təhlükənin gələ
biləcəyi istiqaməti müəyyənləşdirməyə can atın. Alınan siqnalları
qulaqardına vurmayın. Yaradıcılıqda uğurlar ola bilər. İstedadınızı
göstərin.
Günün ikinci yarısı müqavilələr və maliyyə əməliyyatları üçün uğurludur.
Yaxın
ətrafınız problemlərinizi müzakirə edəcək. Lakin kimsəyə imkan verməyin
ki, sizə ağıl öyrətsin. Yaşam situasiyalarını ayıq müşahidə edərək
qiymətləndirin.
Tərəzi - günün
ilk yarısında yaxşı xəbərlər olacaq. Uzun müddət gözlədiyiniz məlumatı
alacaqsınız. Başladığınız işdə və ya həll etməyə başladığınız məsələdə
irəliləyəcəksiniz. Maddi rifah durumunuzu yaxşılaşdıra biləcək təklif
alacaqsınız.
Günün ikinci yarısında özünüzü pis hiss
etməyəcəksiniz. Yaxınlarınızla ünsiyyətə yetərincə vaxt ayırın. Axşam
saatlarında açıq söhbət sevdiyiniz insanla münasibətləri yaxşılaşdırmağa
imkan verəcək. Normal istirahət etməyə çalışın.
Əqrəb
- uzunmüddətli planların reallaşdırılmasına başlamaq zamanıdır. Mühüm,
önəmli xəbəri yolda, yaxud qeyri-adi yerdə ala bilərsiniz. Yetərincə
çətin məqsədə çatmaq mümkündür. Bunun üçün qüvvəniz də var.
Günün
ikinci yarısı yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin.
Çətin zamanda bel bağlaya biləcəyiniz insanın dəstəyinə ehtiyacınız var.
Plan
və ideyalarınızın heç də hamısını bəyənmirlər. Belə insanları nəyəsə
inandırmağa çalışmayın. Axşam saatlarında romantik görüş sizi sevindirə
bilər.
Oxatan - xatirələrə
dalmaq, ötənlərlə yaşamaq zamanı deyil. Bütün işləri başa vurmağa
tələsməyin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz. Maraqlı
insanlarla təmaslarda olun. Dəvət aldığınız tədbirdən qalmayın.
Yaxşı
tanımadığınız insanlarla günün ikinci yarısında tam səmimi olmayın.
Sirlərinizi açmayın. İkiüzlü, saxtakar insanlar sizi aldada bilərlər.
Müxtəlif təmaslar və əlaqələrdə, həqiqətən də, maraqlı insanla tanış ola bilərsiniz.
Axşam saatlarını evdən kənarda keçirmək məsləhətdir.
Oğlaq
- hadisələrdə qəfil dönüş, maraqlı tanışlıq, yeni görüş ola bilər.
Yenilikləri əxz edin, aldığınız informasiyalardan yararlanın. Çoxdan
bəri müşahidə etdiyiniz insanın kim olduğunu anlamağa çalışın.
Adekvat söhbət və ya danışıqlar biznesdə yaxşı nəticələr əldə etməyə imkan verəcək.
Günün
ikinci yarısında həkim yanına yollanmaq fikriniz varsa, tənbəllik
etməyin. İşgüzar fəaliyyət çevrənizdə maraqlı insanla qarşılaşacaqsınız.
Axşam saatlarını evdən çox da uzaqda olmamaq şərtilə istirahətdə keçirin.
Dolça
- ağır fiziki iş və ya inadkar zəhmət tələb edən sahələrdə fəaliyyət o
qədər də uğurlu deyil. Mürəkkəb hesablamaların başa çatdırılmasını daha
əlverişli zamanadək təxirə salın. Yeni tanışlarla ünsiyyətdə faydalı
nəsnələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında
qısamüddətli səfər, kiçik işgüzar ezamiyyətlər sərfəli olacaq. Əlavə
gəlir mənbələri tapmağa cəhd göstərin.
Müxtəlif insanlarla ünsiyyətdə olun. Qarşı tərəfi dediklərinizə inandırmağınız gərəkdir.
Balıqlar
- sözləri təhrif etməyin, intriqa və yalanlara əl atmayın. Uzun
müddətdən bəri məşğul olmaq istədiyiniz işlərin ön plana çıxmaları
istisna deyil. Onları yenidən ertələmək mümkün deyil.
Günün
ikinci yarısı sövdələşmə, müqavilə və anlaşmalar üçün münasib deyil.
İşdə rəhbərliklə, yaxud da asılı olduğunuz insanla görüşməyin. İzafi
hissiyatı ifrata çatdırmayın.
Yaxınlarınız yaşam tərzini
bəyənməyəcək, sizi yenə sərt tənqid edəcəklər. Ailədə münasibətlər
gərginləşəcək. Mübahisə, hətta münaqişə istisna deyil.
Milli.Az