Uşaq “Eurovision”ının qalibi müəyyənləşib. İtaliya təmsilçisi Vinçenso Kantiello uşaqlar arasında keçirilən “Eurovision-2014” uşaq yarışmasının qalibi olub. O, müsabiqədə “Tu primo grande amore” (Sən mənim ən birinci sevgimsən) mahnısını ifa edib.
Maltanın Marsa şəhərində keçirilən müsabiqənin finalında 16 ölkədən – Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Malta, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, İtaliya, San-Marino, Çernoqoriya, Serbiya, Sloveniya, İsveç və Niderlanddan olan iştirakçılar çıxış ediblər.
Qeyd edək ki, uşaq “Eurovision”ı ilk dəfə 2003-cü il noyabrın 15-də keçirilib. Ölkəmiz isə ilk dəfə 2012-ci ildə bu müsabiqədə iştirak edib.
VİDEO
ANS PRESS