Məhəmməd peyğəmbərə aid iki kasa və saç tükü xüsusi reyslə bu ölkədən Çeçenistana aparılıb.
Kasalar və peyğəmbərin saç tükü İslam dininin möhkəmlənməsi istiqamətindəki xidmətlərinə görə, Çeçenistan prezidenti Ramzan Kadırova hədiyyə olunub.
Məlumatda bildirilir ki, keçən il Çeçenistanda Məhəmməd peyğəmbərə məxsus əşyaların qorunduğu dünyada ilk muzey fəaliyyətə başlayıb və hədiyyə edilən əşyalar və tük bu muzeydə nümayiş etdiriləcək.
Kasalar və peyğəmbərin tükü XIX əsrin əvvəllərində Türkiyə sultanı tərəfindən Kokand xanına hədiyyə olunub. Kokand xanı onların mühafizəsi üçün xüsusi bina tikdirib və Məhəmməd peyğəmbərin sələfləri sayılan, xanlıqda böyük hörmətə sahib olan bir ailəyə bu əşyaları və müqəddəs tükü qorumağı vəsiyyət edib.
Qafqazinfo.az