Azərbaycanlı rəqqasın “Yetenek Sizsiniz”də “maral” rəqsi - VİDEO
18.11.2014

“Yetenek Sizsiniz Türkiye” yarışmasının dünənki buraxılışında azərbaycanlı rəqqas Rəsul Sofiyevin çıxışı maraqla qarşılanıb.

Çıxışının əvvəlində hind rəqsi oynayan Sofiyev daha sonra “Maral” mahnısının sədaları altında rəqs edib.

Münsiflərin hamısından “hə” cavabı alan Rəsul növbəti tura vəsiqə qazanıb. O, səhnəyə 6 aylıq qızı Aylini də çıxarıb.

VİDEO

Oxu.az