İngiltərədə qadınlara yepiskop olmağa icazə verildi
18.11.2014

Qadınların kilsə ierarxiyasında daha yüksək mövqe tutmalarına şərait yaradılıb.

İngiltərənin kilsə Sinodu qadınların yepiskop seçilmələrinə yol açan qanun layihəsini üçdə iki səs çoxluğu ilə təsdiqləyib.

Məlumata görə, artıq gələn ildən etibarən İngiltərədə qadın yepiskopların yeni statusda fəaliyyətə başlayacaqları gözlənilir.

Qeyd olunur ki, 1994-cü ildə qəbul edilmiş qərara əsasən, İngiltərədə qadınlar yalnız keşiş statusunda fəaliyyət göstərə bilərdilər.

Qadinların yepiskop seçilmələrinə yönəlik qadağanın qaldırılmasına iki il əvvəl də təşəbbüs edilmişdi. Lakin o zaman bu ideyanın tərəfdarları azlıqda qalmışdılar.

Böyük Britaniyanın baş naziri Devid Kemeron da qadınların yepiskop seçilmələrinə “yaşıl işıq” yandırılmasının tərəfdarı olub.

Ş.Z.
Gün.Az